“PGL Astana 2026”: Üçüncü turun daha iki oyununun nəticələri məlum oldu

by Nigar Məmmədova
0 comments

Qazaxıstanın paytaxtında keçirilən “PGL Astana 2026” turnirində gərginlik pik həddə çatır. CS2 üzrə baş tutan növbəti qarşılaşmalar həm azarkeşlər, həm də analitiklər üçün gözlənilməz nəticələrlə yadda qalıb.

Monte və Falcons qarşıdurması

Ukraynanın “Monte” kiberidman təşkilatı “Falcons” ilə dramatik mübarizədə 2:0 hesabı ilə məğlub olub. Oyun boyu bərabər səviyyəli mübarizə getsə də, “Monte” həlledici anlarda üstünlüyü əldən verib. İndi komanda 1:2 səbətinə düşüb və sabah turnirdə qalmaq üçün ölüm-dirim matçına çıxacaq.

“Falcons”un qələbəsində hər ikisi 1.57 reytinqlə çıxış edən Nikola “Niko” Kovaç və İlya “m0NESY” Osipov cütlüyü həlledici rol oynayıb. İkinci xəritə olan “Ancient”də (Falcons-un seçimi) “Monte” ilk hissədəki 8:4 məğlubiyyətdən sonra əzmkarlıq göstərərək hesabı 9:8 öz xeyrinə dəyişsə də, sona qədər müqavimət göstərə bilməyib və xəritəni 13:10 hesabı ilə uduzub.

The MongolZ-dan G2 üzərində tarixi qələbə

Günün digər oyununda “The MongolZ” favorit sayılan “G2” kollektivini 2:0 hesabı ilə darmadağın edib. “Dust2” xəritəsində monqollar rəqibini 13:2 hesabı ilə rüsvay ediblər. Oyunun qəhrəmanı 1.98 reytinqlə möhtəşəm çıxış edən Anarbileq “cobrazera” Uuqanbayar olub. İspaniyalı Alvaro “SunPayus” Qarsiya isə karyerasının ən pis oyununu keçirərək matçın anti-qəhrəmanına çevrilib.

İkinci xəritə “The MongolZ” üçün asan keçməyib və qalib yalnız əlavə vaxtda (overtime) bəlli olub — 19:15. Bu nəticə ilə monqol komandası 2:1 səbətinə yüksələrək pley-off uğrunda mübarizəni davam etdirir, “G2” isə mübarizəni dayandırmamaq üçün son şans oyununa çıxacaq.

Turnir haqqında qısa məlumat:PGL Astana 2026” turniri 9-17 may tarixlərində Qazaxıstanın paytaxtındakı “Barys Arena”da keçirilir. 16 komandanın iştirak etdiyi yarışın ümumi mükafat fondu 1,600,000$ təşkil edir. Bu məbləğin 800,000 dolları oyunçulara, digər 800,000 dolları isə klublara ödəniləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın