“PGL Astana 2026” turnirində dördüncü turun ilk oyunları başa çatdı

by Nigar Məmmədova
0 comments

Qazaxıstanın paytaxtında keçirilən “PGL Astana 2026” turnirinin dördüncü günündə pley-offa vəsiqə və turnirdə qalmaq uğrunda gərgin qarşılaşmalar baş tutub.

MOUZ pley-offda, Aurora isə son şans yolunda

2:1 səbətində pley-offa vəsiqə qazanmaq üçün “MOUZ” və “Aurora” komandaları üz-üzə gəlib. Hər iki xəritədə azarkeşlər olduqca maraqlı və bərabər səviyyəli mübarizənin şahidi olublar. “Aurora”nın seçimi olan “Dust2” xəritəsində komandasının 11:13 hesablı məğlubiyyətinə baxmayaraq, xəritənin ən yaxşı oyunçusu 1.39 reytinqlə “Aurora”nın kapitanı Engin “MAJ3R” Küpeli olub.

“Nuke” xəritəsi isə əlavə vaxt seriyasından sonra “MOUZ”un 19:15 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas vaxtda hər iki komanda eyni nəticəni (7:5 və 5:7) göstərərək heç-heçə etsə də, “overtime”larda daha güclü görünən “MOUZ” 7:3 hesablı üstünlüklə ümumi hesabı 19:15-ə çatdırıb. Beləliklə, matçı 2:0 hesabı ilə qazanan “MOUZ” pley-offa vəsiqəni təmin edib, “Aurora” isə 2:2 səbətinə düşüb.

magic HEROIC-i evə yola saldı

1:2 səbətində mübarizə aparan “magic” və “HEROIC” komandaları arasındakı qarşılaşma “magic”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə onlara turnirdə qalmaq şansı yaradıb, rəqibi isə yarışdan kənarlaşdırıb. Seriya “magic”in “Mirage” xəritəsindəki qələbəsi ilə (13:8) başlasa da, “HEROIC” öz seçimi olan “Dust2″də 13:4 hesablı darmadağınla cavab verib. Həlledici “Inferno” xəritəsində isə “magic” tam dominantlıq nümayiş etdirərək 13:6 hesabı ilə qalib gəlib.

Turnir haqqında məlumat:PGL Astana 2026” turniri 9-17 may tarixlərində Astanadakı “Barys Arena”da keçirilir. Yarışda iştirak edən 16 komanda ümumi 1,600,000$ məbləğində mükafat fondu uğrunda mübarizə aparır: bu məbləğin 800,000 dolları oyunçulara, digər 800,000 dolları isə klublara ödəniləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın