“MOUZ” və “Vitality” “EPL S24” pley-offuna yüksələn ilk komandalar oldu

0 comments

“Counter-Strike 2” üzrə “ESL Pro League Season 24” turnirinin İsveçrə sistemli mərhələsinin üçüncü oyun günü başa çatıb. Günün yekunlarına əsasən pley-offa adlayan ilk komandalar, həmçinin turnirlə vidalaşan ilk iki kollektiv müəyyənləşib.

Pley-off vəsiqələri və kənarlaşan komandalar

Pley-off mərhələsinə ilk vəsiqəni “Team Spirit” kollektivini 2:0 hesabı ilə məğlub edən “MOUZ” qazanıb. Ardınca “Team Vitality” gərgin keçən qarşılaşmada “Team Falcons” üzərində 2:1 hesablı qələbə qazanaraq həlledici mərhələyə yüksəlib.

Turnirdəki mübarizəsini başa vuran ilk komandalar isə “ShindeN” və “TYLOO” olub. “ShindeN” “G2″yə 0:2 hesabı ilə güzəştə gedib, “TYLOO” isə “M80” komandasına 1:2 hesabı ilə uduzaraq yarışla vidalaşıb.

“ESL Pro League Season 24” 3–11 oktyabr tarixlərində Polşanın Katovitse şəhərində keçirilir. Yarışın ümumi mükafat fondu 1 000 000 dollar təşkil edir.

EPL

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın