Viza problemi “FUT Esports”un “BLAST Rivals 2026” turnirində iştirakını sual altına salıb

0 comments 29 views

Türkiyənin “FUT Esports” kiberidman təşkilatı “Counter-Strike 2” üzrə keçiriləcək “BLAST Rivals 2026 Season 2″ turniri ərəfəsində viza problemi ilə üzləşib. Komandanın kapitanı Aulon “Krabeni” Fazliya Honkonqa səfər etmək üçün vizanı böyük ehtimalla vaxtında ala bilməyəcəyini açıqlayıb.

Oyunçunun mümkün yoxluğu səbəbindən təşkilat hazırda bir neçə variantı nəzərdən keçirir: kapitanı məşqçi Andraş “coolio” Ferçak əvəzləyə bilər və ya komanda turnirə verilən dəvətdən tamamilə imtina etmək məcburiyyətində qalacaq.

Turnirin detalları

“BLAST Rivals 2026 Season 2” yarışı 9–15 noyabr tarixlərində Honkonqda baş tutacaq. Turnirdə 8 komanda 1 000 000 dollar məbləğində ümumi mükafat fondu uğrunda mübarizə aparacaq. Bu yarış qarşıdan gələn Meycor (Major) turnirindən öncə sonuncu böyük turnir olacaq.

Bunlar da xoşunuza gələ bilər