Natus Vincere (NAVI) kiberidman təşkilatı Dota 2 üzrə qarşıdakı turnirlər üçün yenilənmiş heyətini təqdim edib.
Komandaya Team Secret-in keçmiş üzvləri Klement “Puppey” İvanov və Miroslav “BOOM” Bican stand-in kimi qatılıblar. Onlar Dmitriy “Nefrit” Tarasici və Arman “Malady” Orazbayevi əvəz ediblər.
Puppey NAVI-nin əfsanəvi oyunçusudur və o, 2011-2014-cü illər arasında komandanın tərkibində çıxış edib. Klement 2011-ci ildə tarixdə ilk dəfə keçirilən The International turnirinin qalibi olub və həmçinin TI 2012 və TI 2013 turnirlərində finala çıxıb.
BOOM isə Team Secret-dən əlavə, Gaimin Gladiators, Vikin.gg və Team Tickles komandalarında da öz oyunları ilə tanınıb.
Yenilənmiş NAVI heyəti 28 sentyabrda start götürəcək DreamLeague Season 24 turnirinin qapalı seçmə mərhələsində debüt edəcək.
NAVI-nin Dota 2 üzrə yaxın turnirlərdə çıxış edəcək heyəti:
- ua Artem “Yuragi” Qolubev
- mn Suxbat “sanctity-” Otqondavaa
- kg Bakıyt “W_Zayac” Emiljanov
- ee Klement “Puppey” İvanov (stand-in)
- cz Miroslav “BOOM” Bican (stand-in)
- ua Vitali “Sword_Art” Petkin (məşqçi)