Oyunçular arasında ən yüksək IQ göstəricilərinə sahib olanlar: LoL liderdir, Dota 2 səkkizinci yerdə

by Elnur Qəhrəmanov
0 comments

WhichBingo portalı video oyunlarına maraq göstərən insanların IQ testlərinin nəticələrinə dair bir araşdırma aparıb. Bu sorğuda 1002 video oyun həvəskarı iştirak edib və nəticələrə əsasən, müxtəlif oyunlar üzrə IQ göstəriciləri müəyyən olunub.

Araşdırma çərçivəsində ən yüksək orta IQ test nəticələrini göstərən 20 oyun kateqoriyası seçilib. Birinci yeri League of Legends oyunçuları tutublar, onların orta IQ göstəricisi 120,4 olub. Black Myth: Wukong oyunçuları isə ikinci yerdə 119,8 göstərici ilə qərarlaşıb. Üçüncü pilləni isə 117,9 IQ ilə Baldur’s Gate 3 oyunçuları tutub.

Dördüncü yeri isə populyar atıcı oyun olan Counter-Strike 2 oyunçuları alıb. Onların orta IQ göstəricisi 116,1 olub. Dota 2 oyunçuları orta IQ göstəricisi 111,7 ilə səkkizinci yeri tutublar, ardınca Deadlock oyunçuları 108,7 göstərici ilə doqquzuncu sırada yer alıb. İlk iyirmiliyi isə futbol mövzulu oyunlar olan Rocket League (90,8), FC 2024FIFA 23 (89,8) azarkeşləri bağlayıblar.

Bundan başqa, araşdırmada oyunçuların istifadə etdikləri müxtəlif platformalar üzrə də IQ göstəriciləri müqayisə olunub. Bu nəticələr belədir:

  • PC oyunçuları — 114,1;
  • PlayStation oyunçuları — 111;
  • Xbox oyunçuları — 105,9;
  • Nintendo Switch oyunçuları — 103,4;
  • Mobil oyun həvəskarları — 99,9.

Nəhayət, WhichBingo tədqiqatçıları həmçinin qadın və kişi oyunçuların IQ səviyyələrini də müqayisə ediblər. Qadınların orta IQ göstəricisi 107,9 olub, kişilərin isə 105,8.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın