Valorant Masters Toronto 2025: Paper Rex və Wolves Esports pley-offa yüksəldi

by Nigar Məmmədova
0 comments

Valorant Masters Toronto 2025 turnirinin ilk mərhələsi başa çatıb. Yarışın sonuncu oyun günündə Paper Rex və Wolves Esports komandaları qrup mərhələsinin qalibləri kimi pley-offa vəsiqə qazanıblar.

Çin derbisi və dramatik duel

Wolves Esports Çin derbisində BiliBili Gaming üzərində qələbə qazandı – Ascent xəritəsində 13:5, Split-də isə 13:10 hesabı ilə. Bu nəticə ilə Wolves Esports pley-offa yüksəldi, BiliBili isə turniri tərk etdi.

Digər qarşılaşmada Asiya təmsilçisi Paper Rex Avropanın güclü komandalarından olan Team Liquid-lə gərgin oyunda qalib gəldi – Split xəritəsində 13:15 uduzsalar da, Sunset-də 13:5 və Lotus-da 14:12 hesabları ilə irəli çıxdılar.

Turniri tərk edənlər və mükafat

Beləliklə, BiliBili Gaming və Team Liquid 9–10-cu yerləri bölüşərək yarışla vidalaşıblar. Hər iki komanda 25 min dollar mükafat qazandı.

Pley-offa vəsiqə qazanan 8 komanda:

  • XLG Esports (Çin)
  • Fnatic (EMEA)
  • RRQ (Pacific)
  • Paper Rex (Pacific)
  • Gen.G (Pacific)
  • G2 Esports (Amerika)
  • Sentinels (Amerika)
  • Wolves Esports (Çin)

Pley-off oyun cədvəli (13 iyun):

  • G2 vs Paper Rex – saat 19:00
  • XLG vs Sentinels – təxminən saat 22:00

Turnir haqqında məlumat

Valorant Masters Toronto turniri 7–22 iyun tarixlərində Kanadanın Toronto şəhərində keçirilir. Ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın