StarLadder turnir operatoru CS2 üzrə StarSeries Season 19 turnirində format dəyişikliyinə getdiyini açıqlayıb. Təşkilatçılar qrup mərhələsindən və Şimali və Cənubi Amerika üzrə regional seçmələrdən imtina ediblər.
Yeni format necə olacaq?
Turnirə yeganə seçim mərhələsi Avropa təsnifatı olacaq. Bu mərhələdə VRS reytinqinə əsasən seçilmiş 16 komanda iştirak edəcək. Onlardan 4 ən güclü komanda LAN-finala yüksələcək və burada 4 dəvətli komanda ilə birlikdə mübarizə aparacaq.
Final mərhələsi Budapeştdə keçiriləcək
Turnirin əsas mərhələsi 18–21 sentyabr tarixlərində Budapeştdə baş tutacaq. 8 komanda $500 min dollar məbləğində mükafat fondu uğrunda double-elimination formatında yarışacaq.