CS2 üzrə keçiriləcək BLAST Open Porto 2026 turnirinin təşkilatçıları qrup mərhələsinin torunu və matç cədvəlini açıqlayıblar. 26 avqust – 6 sentyabr tarixlərində keçiriləcək 1 100 000 dollar mükafat fondlu çempionatın qrup mərhələsi Kopenhagendə, pley-off qarşılaşmaları isə Portuda baş tutacaq.
Ümumilikdə 16 komanda hər birində 8 kollektiv olmaqla iki qrupa bölünüb və yarışlar Double-Elimination (Bo3) sistemi üzrə keçiriləcək. B qrupunda “Vitality” heyətində “NAVI”nin keçmiş oyunçusu Yustinas «jL» Lekaviçyus stend-in (əvəzedici) kimi debüt edərək “Inner Circle” komandasına qarşı oynayacaq.
Qrup Mərhələsinin İlk Raund Cədvəli:
- A Qrupu (26 avqust): Aurora — G2, Spirit — DENDELE, NAVI — M80, FURIA — paiN
- B Qrupu (27 avqust): Vitality — Inner Circle, MOUZ — 9z, Legacy — FUT, Falcons — Lynn Vision