az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ
PUBG Mobile Trial of Fire
PUBG

Real həyatda PUBG: “PUBG Mobile” tərtibatçıları ilk realiti-şounu yayımlayacaq

Yazanın adı Nigar Məmmədova

“PUBG Mobile” tərtibatçıları oyun tarixində ilk dəfə fərqli bir layihəyə imza ataraq oyun icmasını təəccübləndiriblər. “Tencent” şirkəti kiberidman və real həyatda sağ qalma (survival) elementlərini unikal şəkildə birləşdirən “PUBG Mobile Trial of Fire” realiti-şousunu anons edib.

Şounun detalları və premyera tarixi

  • Rəsmi anons: 21 may tarixində oyunun rəsmi sosial şəbəkə hesablarında edilib.
  • Premyera: Şounun ilk buraxılışı 30 may 2026-cı il tarixinə planlaşdırılıb. Yaxın günlərdə layihənin ilk rəsmi treylerinin yayımlanması gözlənilir.
  • Adın mənşəyi: Şounun adı, böyük ehtimalla, oyuna gələn 4.4 yenilənməsindəki “Trial of Courage” mexanikasından ilhamlanıb. Xatırladaq ki, bu rejimdə oyunçular “Erangel” xəritəsində “Crown Adobe” məkanına daxil olmaq və “Helios” adlı kentavr-bossla qarşılaşmaq üçün 6 fərqli sınaqdan keçirlər.

Çəkiliş məkanı və maraqlı format

“PUBG Mobile Trial of Fire” şousunda dünyanın müxtəlif ölkələrindən gələn 16 elit komanda iştirak edəcək. Layihənin çəkilişləri İndoneziyanın dünyaca məşhur və füsunkar Bali adasında baş tutub.

İştirakçılar təkcə virtual aləmdə yarışmaqla kifayətlənməyəcəklər:

  • Onlar real həyatda “Battle Royale” şərtlərinə maksimum yaxınlaşdırılmış çətin mühitdə sağ qalmağa çalışacaqlar.
  • Oyunçuların strateji düşüncəsi, dözümlülüyü və iradəsi real fiziki sınaqlarla yoxlanılacaq.

Şounun formatı “PUBG Mobile”ın geympleyini real dram, gərgin süjet xətləri və real həyat sınaqları ilə birləşdirərək azarkeşlər üçün tamamilə yeni növ əyləncəli kontent təqdim edəcək.

May 22, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
BanKs
Kibersport xəbərləri

BanKs “The MongolZ” barədə: “Əgər onlar Falcons və ya NAVI olsaydı, icma onları artıq darmadağın etmişdi”

Yazanın adı Nigar Məmmədova

Tanınmış kiberidman aparıcısı və analitiki Ceyms “BanKs” Benks “All About Counter-Strike” podkastının yeni buraxılışında “Gentle Mates”in gələcək perspektivlərini dəyərləndirib, “The MongolZ”un hazırkı formasını tənqid edib və “9z Team”in “PGL Astana 2026” turnirindəki sensasiyalı çıxışından danışıb.

“Gentle Mates”in perspektivləri haqqında

“Düşünürəm ki, Gentle Mates PGL Astana-da yaxşı çıxış etdi, xüsusən də tier-1 turnirlərində həmişə problemlər yaşadıqlarını nəzərə alsaq. Lakin bu komandanı gələcəkdə nələr gözlədiyini bilmirəm. Görünən odur ki, klub rəhbərliyi mövcud heyəti qorumaq istəyir.

Problem ondadır ki, Gentle Mates oyunçularının orta yaşı 27-dir, yəni bu, artıq gənc kollektiv deyil. Buna baxmayaraq, komandanın snayperi Martinez çox yaxşıdır. O, bu komandanın əsas ‘kerri’sidir (daşıyıcısıdır). Ümumilikdə, 9–11-ci yerlər Gentle Mates üçün layiqli nəticədir. Bu heyətlə onlar böyük turnirlərin pley-offuna iddialı deyillər.”

“The MongolZ” haqqında

“Eşitdiyimə görə, The MongolZ Meycordan (Major) əvvəl ‘bootcamp’ (təlim-məşq toplanışı) keçirəcək. Lakin bu, PGL Astana-dan öncə məşqlərin olmamasını izah etmir. Bu səviyyəli turnirlər çox vacibdir. Bu komandanı bütün Moğolistan sevir, ona görə də daha çox məşq etməlidirlər. Düşünürəm ki, The MongolZ-un son turnirdəki çıxışını kəskin tənqid etməyə dəyməz, çünki onlar Spirit, Falcons və Aurora-ya uduzublar.

Mən bu komandanı həqiqətən sevirəm. Lakin əgər onlar Falcons və ya NAVI olsaydı, icma (community) onları artıq tənqidlərlə darmadağın etmişdi. The MongolZ yalnız CS Asia Championships-də yaxşı çıxış etməklə kifayətlənməməli, həm də növbəti Meycorun pley-offuna yüksəlməlidir. Əks halda, klub rəhbərliyi heyətdə dəyişikliklər barədə düşünməli olacaq.”

“9z Team”in “PGL Astana 2026″dakı çıxışı haqqında

“Mən 9z-nin PARIVISION-u məğlub edəcəyini təxmin edirdim, lakin onlar üstəlik Falcons və MOUZ-u da üstələdilər. Bu komanda bütün gözləntiləri aşdı. Onların iki oyunçusu turnirin ən yaxşı 10 oyunçusu siyahısına daxil oldu.

Hesab edirəm ki, 9z dörddəbir finalda Magic komandasına qalib gəlməli idi. Lakin belə olsa belə, onlar turnirdə çox yaxşı çıxış etdilər. Oyunçular gələcək çempionatlarda, o cümlədən qarşıdan gələn Meycorda istifadə edə biləcəkləri əla təcrübə qazandılar.”

May 22, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Makron
Kibersport xəbərləri

“Biz hazırıq”: Fransa Prezidenti Parisə köçürülən EWC turniri barədə

Yazanın adı Nigar Məmmədova

Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində etdiyi paylaşımla “Esports World Cup 2026″nın Parisdə keçiriləcəyini rəsmən bəyan edib və göstərilən etimada görə Səudiyyə Ərəbistanına təşəkkür edib:

“Esports World Cup 2026 Parisdə baş tutacaq! Bu, ilk dəfədir və bizə böyük şərəf verir. Etimada görə Səudiyyə Ərəbistanına təşəkkür edirəm. Biz 2026-cı ildə bu Kiberidman Dünya Çempionatını yüksək səviyyədə təşkil etməyə hazırıq. Bütün dünyanı yenidən ölkəmizdə salamlayacağımız üçün çox qürurluyuq.”

Xatırladaq ki, “Esports World Cup 2026” İrandakı münaqişənin gərginləşməsi və Yaxın Şərqdəki qeyri-sabit geosiyasi vəziyyət səbəbindən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindən Fransa paytaxtına köçürülüb.

Turnirin miqyası və hədəfləri

Möhtəşəm kiberidman festivalı 6 iyul – 23 avqust tarixlərində keçiriləcək. Turnirin əsas göstəriciləri olduqca irimiqyaslıdır:

  • İştirakçılar: 100-dən çox ölkəni və 200-dən çox klubu təmsil edən 2000-dən çox kiberidmançı.
  • Proqram: 25 turnir çərçivəsində 24 fərqli oyun növü (disiplin).
  • Mükafat fondu: Tarixi rekord həddə — 75,000,000$-dan çox.

L’EWC se jouera à Paris !

C’est une première qui nous honore. Merci à l’Arabie Saoudite pour sa confiance. Nous sommes prêts à organiser cette Coupe du monde d’e-sport 2026. Très fiers d’accueillir le monde à nouveau. pic.twitter.com/RuC0aMRiYd

— Emmanuel Macron (@EmmanuelMacron) May 20, 2026
May 21, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Esports World Cup
Kibersport xəbərləri

RƏSMİ: “Esports World Cup” Parisə köçürüldü

Yazanın adı Nigar Məmmədova

“Esports World Cup” (EWC) təşkilatçıları 75 milyon dollar mükafat fondu olan nəhəng kiberidman festivalının Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindən Fransanın paytaxtı Parisə köçürüldüyünü rəsmən təsdiqləyiblər.

Hər nə qədər bu qərar “EWC tarixində ilk beynəlxalq fəsil” kimi qələmə verilsə də, əslində İrandakı münaqişənin gərginləşməsi və Yaxın Şərqdəki qeyri-sabit geosiyasi vəziyyət səbəbindən atılmış məcburi bir addımdır.

“EWC Foundation”ın baş icraçı direktoru Ralf Rayxert (Ralf Reichert) hələ aprelin sonlarında turniri Ər-Riyadda keçirməyə ümid etdiyini bildirsə də, mövcud geosiyasi vəziyyət təşkilatçıları məkanı dəyişməyə məcbur edib.

Rekord mükafat fondu və turnirin miqyası

Möhtəşəm kiberidman festivalı 6 iyul – 23 avqust tarixlərində baş tutacaq. Turnirin miqyası olduqca irihəcmlidir:

  • İştirakçılar: 100-dən çox ölkədən və 200-dən çox klubdan olan 2000-dən çox kiberidmançı.
  • Proqram: 25 turnir çərçivəsində 24 oyun növü (disiplin).
  • Mükafat fondu: Tarixi rekord həddə — 75,000,000$-dan çox.

CS2 turniri üçün “Valve”dən xüsusi icazə

Məkan dəyişikliyinin “Counter-Strike 2” turnirinin formatına təsir edib-etməyəcəyi hələlik məlum deyil. Bununla belə, “HLTV” portalı təsdiqləyib ki, bu qərar rəsmi məlumat vermə müddətindən (deadline) təxminən 7 ay sonra qəbul edildiyi üçün, turnir “Valve” şirkətindən xüsusi icazə (waiver) almağı bacarıb. Normal şərtlərdə tərtibatçı şirkət bu növ istisnaların verilməsini dayandırdığını elan etmişdi, lakin turnirin miqyası və fors-major vəziyyət qərara təsir edib.

May 21, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
XTQZZZ
CS2

“Qələbəyə layiq deyildik”: “Vitality”nin məşqçisi NAVI-yə məğlubiyyətdən danışdı

Yazanın adı Nigar Məmmədova

“Team Vitality“nin məşqçisi Remi XTQZZZ Kvonyam komandasının “IEM Atlanta 2026” turnirinin dörddəbir finalında NAVI-yə 1:2 hesabı ilə uduzduğu qarşılaşmanı şərh edib.

Məşqçinin sözlərinə görə, əsas problem komanda daxilində oyunçuların bir-birini anlamaması və dinləməməsi olub:

“Bir çox epizodlarda bir-birimizi başa düşmürdük və dinləmirdik, əsas problemimiz bu idi. Xüsusilə… çox dərinə getməyəcəyəm, ‘Inferno’ xəritəsində ZywOo-nun (Matye Erbo) oyununa hörmətim sonsuzdur, lakin ‘Anubis’də o qədər çox səhv etdik ki, biz mütləq şəkildə qələbəyə layiq deyildik.

Bu, tam bir dəlilikdir. Çünki əslində apEX (Den Madeskler) tərəfindən gələn kommunikasiya çox yaxşı idi, lakin oyunçular ya onu eşitmədilər, ya da öz oyunlarına həddindən artıq fokuslanmışdılar, bilmirəm. Təəssüf doğuran bir vəziyyətdir, çünki bu səhv bizə bütöv bir ‘best-of-three’ (Bo3) seriyasını baha başa gəldi.”

XTQZZZ uğursuzluğun əsas səbəbi kimi oyun daxili nizam-intizamın və strukturun pozulmasını göstərib. Buna baxmayaraq, o, komandanın tədricən optimal formaya qayıtdığını və indi bütün güclərini qarşıdan gələn “Major” turnirinə yönəldəcəklərini qeyd edib:

“Məğlubiyyətin əsas səbəbi strukturun olmaması idi. Tam bir xaos var idi – bəzən kimsə vaxtından tez ‘pik’ edirdi (rəqiblə döyüşə girirdi), arxada qalanlar isə mövqe baxımından onu dəstəkləyib ‘trade’ (qarşılıqlı qətl) edə bilmirdilər və s.

Əlbəttə ki, biz daha çox şey gözləyirdik. Çünki son iki gündə oyunumuzu bir qədər yaxşılaşdırdığımızı hiss edirdik. İndi bizim üçün əsas hədəf ‘Major’dur. Bir az dincələcəyik, məşqlər, ‘bootcamp’ və ardınca ‘Major’ turniri gəlir.”

May 21, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Fortnite iPhone iPad
Oyun Xəbərləri

Rəsmi: “Fortnite” “iPhone” və “iPad”lərə geri dönür

Yazanın adı Nigar Məmmədova

“Epic Games” tərtibatçı şirkəti Fortnite oyununun rəsmi olaraq “App Store” vasitəsilə “iPhone” və “iPad” cihazlarına geri qayıtdığını elan edib. Xatırladaq ki, oyun hələ 2020-ci ilin avqust ayında “Epic Games”in “Google” və “Apple” qaydalarını pozan şəxsi oyun daxili ödəniş sistemini tətbiq etməsindən sonra “Play Store” və “App Store”dan silinmişdi.

“Epic Games”in baş icraçı direktoru (CEO) Tim Suini öz rəsmi “X” sosial şəbəkə hesabında məsələni belə şərh edib:

“Epic və Apple arasındakı məhkəmədə final döyüşünə yaxınlaşdıqca, Fortnite yenidən Apple App Store-a geri dönür. İllərdir ki, Apple gizli tənzimləyici danışıqlar apararaq və ədaləti qəsdən gecikdirərək iOS funksiyalarını və sistem yığımlarını ərazilər üzrə parçalayıb”.

Qlobal miqyasda reallaşan bu mühüm geri dönüşə baxmayaraq, Avstraliya hələ də ödəniş şərtlərinin tam həll olunmaması səbəbindən oyunun iOS platformasında əlçatmaz qaldığı azsaylı regionlardan biri olaraq qalmaqdadır.

May 21, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
B8
CS2

Ukraynanın “B8” komandası “The MongolZ”u məğlub edərək “CAC 2026” pley-offuna yüksəldi

Yazanın adı Nigar Məmmədova

Ukrayna təmsilçisi B8, “CS Asia Championships 2026” (CAC 2026) turnirində Moğolistanın “The MongolZ” kollektivini 2:1 hesabı ilə üstələyərək Şanxayda keçirilən turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib.

Qarşılaşma olduqca gərgin və dramatik anlarla yaddaqalan olub. İlk iki xəritə eyni — 13:11 hesabı ilə başa çatıb. “B8” öz seçimi olan Ancient xəritəsində 7:10 geridə olmasına baxmayaraq, möhtəşəm bir geridönüş (comeback) edərək ilk xalı qazanıb. Bunun ardınca “The MongolZ” komandası Nuke xəritəsində eyni hesabla cavab verərək seriyada tarazlığı bərpa edib.

İkinci xəritədə “The MongolZ”un snayperi Usuxbayar “910” Banzraqç 1.57 reytinqlə parlayaraq komandasını oyunda saxlayıb. O, həlledici xəritədə də təsirli oyun nümayiş etdirsə də, bu, ümumi nəticəyə bəs etməyib.

Həlledici Mirage xəritəsində “B8″in kapitanı Andrey “npl” Kuxarski oyunu tamamilə öz üzərinə götürüb. Ukraynalı kiberidmançı inanılmaz statistikaya imza atıb:

  • Reytinq: 2.05
  • ADR (Raund başına zədə): 108.6
  • Raund təsiri (Impact): +11.62%

“B8” müdafiə (CT) tərəfində 9:1 hesablı böyük üstünlük quraraq seriyanı inamla qələbə ilə başa vurub. Maraqlıdır ki, ukraynalılar hər üç xəritədə hesonda geridə qalan tərəf olublar, lakin yalnız birinci və üçüncü xəritələrdə yekun raundları öz xeyirlərinə bitirə biliblər.

Növbəti rəqiblər kimlərdir?

Bu qələbə “B8” üçün ən azı dörddəbir final mərhələsini təmin edib. Yarımfinala (top-4) yüksəlmək üçün onlar Braziliyanın MIBR komandası ilə qarşılaşacaqlar.

“The MongolZ” isə turnirin aşağı səbətinə (lower bracket) geriləyib. Onlar turnirdə qalmaq üçün 3DMAX – Liquid cütünün qalibi ilə ölüm-dirim oyununa çıxacaqlar.

May 21, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Thorin
Kibersport xəbərləri

Thorin Çindəki CS2 turnirinin favoritini açıqladı: “Falcons çempion olacaq”

Yazanın adı Nigar Məmmədova

Britaniyalı tanınmış kiberidman jurnalisti və analitiki Dunkan “Thorin” Şilds öz YouTube kanalında Şanxayda keçirilən “CS Asia Championships 2026” (CAC 2026) turniri barədə gözləntilərini bölüşüb. Analitik turnirin əsas favoriti kimi “Falcons” komandasını gördüyünü bəyan edib.

Thorin digər rəqiblərin şanslarını dəyərləndirərkən olduqca kəskin fikirlər səsləndirib:

“Düşünürəm ki, Falcons bu turnirin qalibi olacaq. Demək istəyirəm ki, onlar finala yüksəlsələr, onları kim məğlub edə bilər? ‘Best-of-5’ (Bo5) formatında kim onlara qalib gələr?

MOUZ, şübhəsiz ki, maraqlı variant olardı, çünki onlar özləri də hələ tam hazır deyillər və heyətlərində müvəqqəti olaraq jL (Yustinas Lekaviçyus) çıxış edir. O, Meycordan (Major) əvvəl komandanı tərk edəcək, bu onun son turniridir. Yenə də düşünürəm ki, Falcons onları məğlub edəcək.

The MongolZ fərdi atəş gücü (firepower) fərqinə baxmayaraq, bəlkə də onları üstələyə bilər. Amma söhbət Bo5 seriyasından gedirsə, onların Falcons-a qalib gələcəyinə inanmıram. Liquid isə heç finala qədər gəlib çıxa bilməyəcək. Legacy-nin də Bo5 formatında şansı yoxdur, bəlkə turnirin erkən mərhələlərində kiçik bir sürpriz edə bilərlər.

NiP bəlkə də turnirin gizli favoriti (dark horse) ola bilər. Pley-offa yüksəlib bəzi xəritələri qoparmaq potensialları var. MIBR, yəqin ki, heç nə edə bilməyəcək. BC.Game, M80 və NRG-nin isə bu turnir üçün heç bir əhəmiyyəti yoxdur.”

Turnir haqqında məlumat: “CS Asia Championships 2026” turniri 20-24 may 2026-cı il tarixlərində Çinin Şanxay şəhərində keçirilir. 16 komandanın iştirak etdiyi yarışın ümumi mükafat fondu 1,000,000$ təşkil edir. Bu məbləğin 400,000 dolları birbaşa oyunçulara, 600,000 dolları isə kiberidman klublarına (təşkilatlara) ödəniləcək.

May 20, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
s1mple
CS2

“Falcons” “CAC 2026”-da s1mple-ın komandasına qarşı gərgin oyunda qalib gəldi

Yazanın adı Nigar Məmmədova

“Falcons” komandası “CS Asia Championships 2026” (CAC) turnirinin ilk mərhələsində “BCGame” kollektivinə qarşı sensasiyalı məğlubiyyətdən son anda yayınıb. Hər iki tapança raundunu uduzan “Falcons”, dünyanın 49-cu pilləsində qərarlaşan rəqibini üstələmək üçün 24 raundun hamısını oynamaq məcburiyyətində qalıb və yekunda 13:11 hesablı çətin qələbə qazanıb.

“BCGame” komandası xüsusilə vacib “post-plant” (bomba qurulduqdan sonrakı) vəziyyətlərində daha nizam-intizamlı oynasaydı, matçı öz xeyrinə bitirmək şansına sahib idi. Kollektiv, Aleksandr s1mple Kostılyovun “Deagle” ilə etdiyi 3 qətl (triple kill) və Denis electroNic Şaripovun bir raundda 4 fərdi qətl icra etdiyi parlaq epizodlardan sonra gələn mühüm raundları təəssüf ki, qələbə ilə tamamlaya bilməyib.

Nəticədə, yaxın günlərdə baş tutan “PGL Astana” turnirinin böyük finalından sonra yorğun olmalarına baxmayaraq, “Falcons” təcrübəsi sayəsində rəqibini sıxışdırmağı və qələbəni qoparmağı bacarıb.

s1mple məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürdü

Matçdan sonra s1mple öz rəsmi “X” hesabında oyunla bağlı fikirlərini bölüşüb:

“Yaxşı oyun idi, lakin bu kifayət etmədi, ggwp Falcons. İkinci hissədə xeyli daha yaxşı oynaya bilərdik, müdafiə (CT) tərəfi mənim səhvimdir. Maksimum güclərini ortaya qoyduqları üçün komandasımla qürur duyuram, kommunikasiya və əhval-ruhiyyə yüksək səviyyədə idi. Sabah görüşənədək”.

Bu məğlubiyyət, dünya reytinqinin ilk 57-liyində yer alan komandalara qarşı indiyədək cəmi bir qələbəsi olan və hələ də öz ideal oyun ritmini tapa bilməyən “BCGame” üçün növbəti uğursuzluq olub.

May 20, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Cache FACEIT mappooluna əlavə edildi
CS2

Valve “Counter-Strike 2” üçün kiçik yenilənmə yayımladı

Yazanın adı Nigar Məmmədova

Mayın 19-na keçən gecə “Valve” şirkəti CS2 üçün kiçik bir yenilənmə təqdim edib. Dəyişikliklər əsasən oyunu izləmə (spectator) sisteminə və “Cache” xəritəsindəki bəzi elementlərin tənzimlənməsinə yönəlib.

İzləmə Sistemi (Spectating)

  • Müxtəlif post-emal (post-processing) həcmlərinə malik xəritələrdə izləyicilər hədəfi dəyişdirərkən yaranan qrafik xəta aradan qaldırılıb.
  • İzləyicilər arasında kamera keçidi edərkən rentgen (X-ray) siluetlərinin ekranda donub qalması halı düzəldilib.
  • İzləyicilər üçün ekranda görünən zədə alma effekti (damage overlay) tənzimlənib.

Digər Yeniliklər (Misc)

  • Oyuna weapon_accuracy_stack_boost_limit əmri əlavə edilib (standart dəyər “2”). Bu funksiya 3 və ya daha çox oyunçunun üst-üstə çıxdığı (“triple boost”) zaman, üst hissədəki oyunçuya nərdivandakı kimi atəş qeyri-dəqiqliyi tətbiq edir. Bununla da çoxlu oyunçu ilə edilən “boost” taktikalarının effektivliyi azaldılıb.
  • AWP silahının hazır vəziyyətdən gözləmə (idle) rejiminə keçid animasiyası korreksiya olunub.
  • Tullanaraq qumbara atma (jump-throw) mexanikasının sabitliyi və qumbaranın uçuş trayektoriyasını göstərən önbaxış kamerasının dəqiqliyi təkmilləşdirilib.

Xəritələr (Maps)

Cache

  • Pəncərə qapaqlarının modelləri elə tənzimlənib ki, atəş açılan zaman güllə izləri (decals) və toqquşma reaksiyaları düzgün göstərilsin.
  • Pəncərələr, pəncərə qapaqları və havalandırma (vent) girişinin ətrafında oyunçuların və qumbaraların xəritə obyektlərinə ilişməsi (clipping) tənzimlənib.
May 20, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • “PS Store”da oyunlar üçün ödənişləri birbaşa kontroller vasitəsilə smartfonla etmək mümkün olacaq
  • “Marvel’s Wolverine” ilk üç gündə böyük uğur qazandı: Təxminən 2 milyon nüsxə satılıb
  • “RLCS 2026 World Championship” “Rocket League” tarixində mütləq baxış rekordunu qırdı
  • “PGL Wallachia Season 9”: Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi
  • “IESF World Esports Championship 2026” İndoneziyada keçiriləcək: Tarixlər və intizamlar bəlli oldu

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • “PS Store”da oyunlar üçün ödənişləri birbaşa kontroller vasitəsilə smartfonla etmək mümkün olacaq
  • “Marvel’s Wolverine” ilk üç gündə böyük uğur qazandı: Təxminən 2 milyon nüsxə satılıb
  • “RLCS 2026 World Championship” “Rocket League” tarixində mütləq baxış rekordunu qırdı
  • “PGL Wallachia Season 9”: Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi
  • “IESF World Esports Championship 2026” İndoneziyada keçiriləcək: Tarixlər və intizamlar bəlli oldu

Kateqoriyalar

  • Facebook
  • Rss

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ