Dota 2-yə 7.41c balans yeniləməsi gəldi

by Nigar Məmmədova
0 comments

Mayın 7-nə keçən gecə “Valve” şirkəti “Dota 2” üçün 7.41c yeniləməsini təqdim etdi. Tərtibatçılar bir sıra qəhrəmanların və əşyaların göstəricilərində balans dəyişiklikləri ediblər.

Əsas yeniliklərdən biri budur ki, artıq “Flying Vision” (uçan görüntü) Roşan yuvasının sərhədlərinə təsir etməyəcək. Bu qayda həm “roshpit”in daxilinə, həm də xaricinə şamil olunur. Bundan əlavə, oyundakı çox sayda texniki xəta aradan qaldırılıb.

Tormentor dəyişiklikləri

  • Alleviation: Maksimum sağlamlıq regenerasiyası 2%-dən 2,25%-ə qaldırılıb.
  • Alleviation: Təsir müddəti 10 saniyədən 15 saniyəyə çatdırılıb.

Qəhrəmanlara gəldikdə isə, tərtibatçılar ən çox “Lone Druid”i zəiflədiblər. Artıq ayını çağırmaq üçün daha çox mana tələb olunur, 10-cu səviyyə istedadı isə qabiliyyətin yenidən yüklənmə müddətini (cooldown) azaltmır. Bütün dəyişikliklərin tam siyahısı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın