ESL Pro League Season 25-in ünvanı bəllidir: Turnir Səudiyyə Ərəbistanına köçür

by Nigar Məmmədova
0 comments

“ESL” rəsmi olaraq elan etdi ki, “Pro League” seriyasının 25-ci mövsümü 4-14 mart 2027-ci il tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.

Turnirə dəvətlər yanvar ayındakı qlobal reytinq cədvəli əsasında formalaşacaq, komandaların səpələnməsi (seeding — püşkatma zamanı komandaların gücünə görə qruplara ayrılması) isə fevral ayının reytinq göstəriciləri əsasında müəyyən olunacaq.

Bu mövsümdə mükafat fondunun artırılması da diqqət çəkən məqamlardan biridir. Belə ki, turnirin ümumi mükafat fondu 1,25 milyon dollara çatdırılıb ki, bu da əvvəlki mövsümlə müqayisədə 250 min dollar daha çoxdur.

Ümumilikdə, bu, turnirin Səudiyyə Ərəbistanında təşkil olunacağı ilk hal kimi tarixə düşəcək. Buna qədər “ESL Pro League” mövsümləri müstəsna olaraq Avropa, ABŞ və Braziliyada keçirilib.

Xatırladaq ki, yarışın 23-cü mövsümünün qalibi “Natus Vincere” (NAVI) kollektivi olmuşdu. Çempionatın 24-cü mövsümü isə bu ilin 3-11 oktyabr tarixlərində Polşanın Katovitse şəhərində baş tutacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın