Məşhur strimer Katelyn Amouranth Siragusa-nın sahibi olduğu Wildcard Gaming klubu Apex Genesis-in keçmiş Dota 2 heyəti ilə əməkdaşlığa başladı. Bu barədə təşkilatın sosial şəbəkələrində məlumat verilib.
Komandada ABŞ-dan dörd oyunçu və ukraynalı Danil Bignum Şexovtsov yer alır. Heyət, FISSURE PLAYGROUND Belgrade 2025 turnirinin Şimali Amerika seçmə mərhələsində qalib gəldikdən sonra Wildcard Gaming-ə qoşulub.
FISSURE PLAYGROUND turniri haqqında
Turnirin əsas mərhələsi 24 yanvar – 2 fevral tarixlərində Belqradda keçiriləcək. Turnirdə bir milyon dollar mükafat fondu uğrunda mübarizə aparılacaq.
Wildcard Gaming-in hazırkı heyəti:
- Luke YamSun Von
- Frensis RCY Vandemera
- Viktor Fayde Zuev
- Danil Bignum Şexovtsov
- Pol Speeed Boçiçio
Əvvəlki heyət haqqında
Wildcard Gaming-in əvvəlki heyəti 2023-cü ilin sonunda buraxılmışdı. Komanda həmin vaxt The International 2023 turnirinə vəsiqə qazana bilməmişdi. Həmin heyətdə Kirill Sunlight Kaçinski, Tommy Taiga Le, həmçinin hazırkı heyətin mideri Frensis RCY Vandemera yer alırdı.