az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ
Неймара
Oyun Xəbərləri

“Konami” eFootball və “Naruto: Shippuden” kolaborasiyası üçün Neymarın Naruto obrazını təqdim etdi

Yazanın adı Nigar Məmmədova

“Konami” şirkəti “eFootball” futbol simulyatoru ilə kult anime serialı olan “Naruto: Shippuden” arasındakı əməkdaşlığa həsr olunmuş xüsusi videoçarx yayımlayıb. Reklam kampaniyasının əsas ulduzu oyunun səfiri, tanınmış braziliyalı hücumçu Neymar olub.

Marketinq kampaniyası çərçivəsində futbolçu animenin baş qəhrəmanı — Naruto Uzumaki obrazında çıxış edib. Videoda oyunçunun bu obraza çevrilmə prosesi, o cümlədən orijinal kostyumun geyinilməsi və “green screen” (xromakey) önündəki çəkiliş kadrları nümayiş olunub.

Yeni video izləyicilərə treylerin istehsal prosesinin pərdəarxası məqamlarını görmək və Neymarın çəkiliş qrupu ilə qarşılıqlı münasibətini izləmək imkanı yaradır.

Say hello to "Neyruto" 🍥😉

The making-of our NARUTO: Shippuden collab trailer is here! 🎬

Go behind the scenes and see Neymar rocking the Naruto outfit 🧡#eFootball pic.twitter.com/AbrGnPiWZo

— eFootball (@play_eFootball) May 13, 2026
May 14, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
PGL Astana
CS2

“PGL Astana 2026”: Qrup mərhələsinin 5-ci günü necə keçdi?

Yazanın adı Nigar Məmmədova

Çərşənbə günü, 13 may tarixində CS2 üzrə “PGL Astana 2026” turnirinin qrup mərhələsində beşinci oyun günü başa çatdı. Gün ərzində keçirilən 3 həlledici qarşılaşma bəzi komandaların pley-offa yüksəlməsini, digərlərinin isə turnirlə vidalaşmasını rəsmiləşdirib. “Az-esports.com” günün nəticələrini yekunlaşdırıb.

Keçirilən matçlar və nəticələr (Beşinci raund):

  • Gentle Mates (GM) 0 : 2 magic
  • Monte 0 : 2 G2
  • The MongolZ 0 : 2 Aurora

Qrup mərhələsinin yekun cədvəli:

YerKomandaRaundlarFərqMatçlar
1Spirit96-71+253-0
29z91-68+233-0
3FURIA123-85+383-1
4MOUZ137-119+183-1
5Falcons114-105+93-1
6G2142-114+283-2
7Aurora126-107+193-2
8magic142-139+33-2
9The MongolZ151-142+92-3
10Gentle Mates141-143-22-3
11Monte98-123-252-3
12PARIVISION91-102-111-3
13HEROIC74-101-271-3
14The Huns69-105-361-3
15K2776-96-200-3
16Fisher College21-78-570-3

Beləliklə, magic, G2 Esports və Aurora Gaming qrup mərhələsini iki məğlubiyyətlə tamamlayaraq pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Gentle Mates, Monte və The MongolZ isə iki qələbə ilə yarışı 9-11-ci yerlərdə başa vuraraq hər biri 20 000 dollar qazanıb.

“PGL Astana 2026” 9-17 may tarixləri arasında keçirilir. Turnirdə 16 kollektiv iştirak edir. Pley-off mərhələsi 15-17 may tarixlərində baş tutacaq. Bütün oyunlar “best-of-3” formatında keçirilir, çempionluq uğrunda həlledici final qarşılaşması isə “best-of-5” formatında olacaq. Tədbirin ümumi mükafat fondu 1 600 000 dollar təşkil edir.

May 14, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Overwatch x Fortnite
Overwatch

“Fortnite” və “Overwatch” dünyaları birləşir: “Epic Games”dən möhtəşəm krossover anonsu

Yazanın adı Nigar Məmmədova

“Epic Games” şirkəti “Fortnite” və “Blizzard Entertainment”in populyar şuteri “Overwatch” arasında gözlənilən böyük krossoveri rəsmən elan etdi. Uzun müddətdir şayiələri gəzən bu əməkdaşlıq artıq may ayında oyunçuların ixtiyarına veriləcək.

Mayın 12-də “Fortnite”ın rəsmi “X” səhifəsində 2-ci mövsümün 7-ci fəslinin 3-cü aktına həsr olunmuş tizer paylaşılıb. Paylaşımda yer alan “III Akta qəhrəmanlar lazımdır” və “Çağırışa cavab verin” ifadələri “Overwatch” kainatına birbaşa işarədir. Qəhrəmanlar haqqındakı ifadə Treyserin məşhur “Dünyaya həmişə daha çox qəhrəman lazımdır” replikasına, çağırış isə Vinstonun franşizanın sinematik videolarındakı müraciətlərinə istinad edir.

Vizual tizerə əsasən, təsdiqlənmiş ilk personaj D.Va olub. Siluetdən görünür ki, qəhrəman oyuna özünün məşhur mexanik robotu olmadan daxil olacaq. Hələ 2025-ci ildə bu əməkdaşlıq barədə məlumat sızdıran nüfuzlu insayder “HYPEX”in bildirdiyinə görə, krossoverə aşağıdakı personajların da daxil edilməsi gözlənilir:

  • Mercy
  • Genji
  • Tracer

“Overwatch” x “Fortnite” kolaborasiyasının buraxılışı 14 may tarixinə planlaşdırılıb.

ACT III needs Heroes 👀
Answer the Call ☎️ 5.14 pic.twitter.com/XdXHBDZgYF

— Fortnite (@Fortnite) May 12, 2026
May 14, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Sins of Alchemax
Kibersport xəbərləri

“Marvel Rivals”a Tsiklop və Şeytan Dinozavr gəlir

Yazanın adı Nigar Məmmədova

Bu həftə “Marvel Rivals” oyununda yeni və genişmiqyaslı mərhələ başlayır. “Sins of Alchemax” adlanan səkkizinci mövsüm oyuna təkcə yeni süjet xətti deyil, həm də unikal personajlar qazandıracaq.

Mövsümün hekayəsi “Alchemax” korporasiyasının qərargahı ətrafında cərəyan edir. “Qızıl Müqəddəs” Aşağı Manhetteni “Zaman Taunu”ndan təmizləsə də, bu korporasiya hələ də korrupsiya yuvası olaraq qalmaqdadır.

15 mayda start götürəcək mövsümün ən böyük yeniliyi Şeytan Dinozavrdır (Devil Dinosaur). O, oyunun sayca 50-ci qəhrəmanı kimi rəsmən siyahıya daxil olacaq. Onun “Dişləmə” (Bite) hücumu rəqiblərdə qanaxmaya səbəb olur. “Ulti” qabiliyyəti isə dinozavra daha nəhəng formaya keçərək döyüş meydanında qarşısına çıxan hər şeyi darmadağın edən sarsıdıcı hücum reallaşdırmağa imkan verir.

Mövsümün ikinci qəhrəmanı isə Tsiklop (Cyclops) olacaq. “X-Men” liderinin oyuna 2026-cı ilin iyun ayında əlavə edilməsi planlaşdırılır. Mövsümün treylerinə əsasən, Tsiklop Lunellanı “Alchemax”ın hücumlarından qoruyarkən əsir götürülüb.

May 14, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Operation Epic Curious
Oyun Xəbərləri

ABŞ-da Trampın İrandakı müharibəsindən bəhs edən satirik oyun buraxıldı, lakin orada qalib gəlmək qeyri-mümkündür

Yazanın adı Nigar Məmmədova

ABŞ-da Donald Trampın İranda başlatdığı xəyali müharibəyə həsr olunmuş “Operation Epic Furious: Strait to Hell” adlı oyun işıq üzü görüb. “Wired” nəşrinin məlumatına görə, layihə Tramp administrasiyasını hədəf alan bir neçə satirik işi ilə tanınan anonim rəssamlar qrupu tərəfindən hazırlanıb.

Oyunu onlayn formatda oynamaq mümkündür. Bundan əlavə, oyunun quraşdırıldığı üç arkada avtomatı Vaşinqtondakı (Kolumbiya dairəsi) Müharibə Memorialında yerləşdirilib və yaxın bir neçə gün ərzində orada qalacaq.

Süjet xəttində Trampın təkcə İranla deyil, həm də Roma Papası və Nyu-York meri Zohran Mamdani ilə qarşıdurmaları yer alıb. Maraqlısı odur ki, oyunçunun bu mübarizədə qalib gəlməsi texniki olaraq qeyri-mümkündür. “Operation Epic Furious: Strait to Hell” oyununda həmçinin FTB direktoru Kaş Patel, dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və İlon Mask kimi real personajlara da rast gəlmək olar.

May 13, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
apEX
CS2

“Vitality”nin kapitanı s1mple-ın əvvəlki formasına qayıdacağına əmindir

Yazanın adı Nigar Məmmədova

“IEM Atlanta 2026” turnirində “BC.Game Esports” üzərində qazanılan qələbədən sonra Dan apEX Madeskler Aleksandr s1mple Kostılyovun oyunu barədə təəssüratlarını bölüşüb.

“Team Vitality”nin kapitanının sözlərinə görə, ukraynalı snayper olduqca güclü matç keçirib və bir neçə raundda təkbaşına rəqibə ciddi problemlər yaradıb.

“Hələ Krakovda demişdim ki, əgər s1mple-ın yaxşı komandası olsa, o, əvvəlki səviyyəsinə qayıda biləcək. Buna əminəm. O, hələ də fenomenal oyunçudur”.

apEX qeyd edib ki, çox şey ətrafdakı mühitdən və Kostılyovun şəxsi motivasiyasından asılıdır, lakin onun hiss etdiyinə görə, s1mple yenidən ən yüksək səviyyədə mübarizə aparmaqda qərarlıdır. Fransız kapitan həmçinin s1mple-ı “Counter-Strike” tarixinin ən böyük oyunçularından biri adlandırıb və onunla yenidən peşəkar səhnədə qarşılaşdığı üçün şad olduğunu bildirib.

“IEM Atlanta 2026” turniri 11-17 may tarixlərində ABŞ-da keçirilir. İştirakçılar 300,000$ məbləğində mükafat fondu uğrunda mübarizə aparırlar.

May 13, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
FURIA – Gentle Mates, pvision – G2
CS2

“PGL Astana 2026”: Dördüncü turun son oyunlarının nəticələri – FURIA pley-offda, G2 mübarizədə qaldı

Yazanın adı Nigar Məmmədova

CS2 üzrə “PGL Astana 2026” turnirinin dördüncü gününün son qarşılaşmaları pley-offun növbəti iştirakçısını və yarışla vidalaşan daha bir komandanı müəyyənləşdirib.

FURIA pley-off vəsiqəsini təmin etdi

2:1 səbətində Braziliyanın FURIA komandası İspaniyanın Gentle Mates kollektivi üzərində 2:1 hesablı qələbə qazanaraq adını pley-off mərhələsinə yazdırıb. İspanlar isə son şanslarını sınaqdan keçirmək üçün 2:2 səbətinə düşüblər.

Braziliyalılar “Nuke” (13:11) və “Inferno” (13:6) xəritələrində daha güclü görünsələr də, ikinci xəritə olan “Overpass”da 10:13 hesabı ilə məğlub olublar. Matçın ən yaxşı oyunçusu 1.44 reytinqlə Daniil “molodoy” Qolubenko olub. O, xüsusilə həlledici “Inferno” xəritəsində 1.87 reytinqlə möhtəşəm oyun nümayiş etdirib.

G2 dramatik qələbə ilə yarışı davam etdirir

1:2 səbətində yer alan G2 komandası Rusiyanın pvision kollektivi ilə gərgin mübarizədən qalib ayrılıb (2:1). Bu nəticə ilə ruslar turniri tərk edib, G2 isə pley-off ümidlərini qoruyaraq 2:2 səbətinə yüksəlib.

Qalibi müəyyən etmək üçün üç xəritəyə ehtiyac yaranıb. G2 öz seçimi olan “Mirage”də inamlı qələbə (13:5) qazansa da, rəqibin seçdiyi “Dust2″də 11:13 hesabı ilə uduzub. Hər şey həlledici “Ancient” xəritəsində bəlli olub: əlavə vaxta qədər uzanan matçda G2 rəqibini 16:12 hesabı ilə sıxışdıraraq evə yola salıb.

Turnir haqqında məlumat: “PGL Astana 2026” turniri 9-17 may tarixlərində Qazaxıstanın paytaxtındakı “Barys Arena”da keçirilir. Yarışda iştirak edən 16 komanda ümumi 1,600,000$ məbləğində mükafat fondu uğrunda mübarizə aparır. Fondun 800,000 dolları birbaşa oyunçulara, qalan 800,000 dolları isə kiberidman klublarına ödəniləcək.

May 13, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
s1mple
CS2

s1mple-ın komandası B8-ə məğlub olaraq IEM Atlanta 2026 ilə vidalaşdı

Yazanın adı Nigar Məmmədova

“BC.Game” kollektivi “B8 Esports”a məğlubiyyətdən sonra “IEM Atlanta 2026” turnirindəki çıxışını başa vurdu.

A qrupunun aşağı səbətində keçirilən görüş 0:2 hesabı ilə (Overpass – 2:13, Mirage – 11:13) “B8″in xeyrinə yekunlaşıb. Aleksandr “s1mple” Kostılyovun komandası ilk xəritədə ciddi müqavimət göstərə bilməsə də, “Mirage”də hesabı bərabərləşdirməyə çox yaxın olub. Lakin “B8” üstünlüyünü qoruyub saxlayaraq seriyanı üçüncü xəritəyə ehtiyac qalmadan bitirib. s1mple matçı 23–28 statistikası ilə tamamlayıb.

“BC.Game” üçün bu turnir heç bir xəritədə qələbə qazanmadan sona çatdı. Xatırladaq ki, kollektiv çempionatın startında “Team Vitality”yə də məğlub olmuşdu. Bu nəticə ilə komanda 13-16-cı yerləri bölüşdürərək 4 min dollar (təxminən 2 milyon tenge) mükafat qazanıb.

Qələbə sayəsində “B8” mübarizəni aşağı səbətdə davam etdirəcək və “paiN Gaming” — “FUT Esports” cütlüyünün məğlubu ilə qarşılaşacaq. “IEM Atlanta 2026” turniri 11-17 may tarixlərində ABŞ-da keçirilir.

Oyunçuların statistikası:

BC.Game

  • krazy — K: 27 / D: 26 / ADR: 72.9
  • Senzu — K: 28 / D: 28 / ADR: 73.1
  • electroNic — K: 23 / D: 28 / ADR: 69.4
  • s1mple — K: 23 / D: 28 / ADR: 68.3
  • ScrunK — K: 10 / D: 31 / ADR: 37.8

B8

  • esenthial — K: 29 / D: 18 / ADR: 72.8
  • s1zz1 — K: 30 / D: 20 / ADR: 79.6
  • npl — K: 26 / D: 21 / ADR: 67.8
  • ALEX666 — K: 25 / D: 23 / ADR: 66.7
  • kensizor — K: 31 / D: 30 / ADR: 103.3
May 13, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
17Gaming PeRo
PUBG

Çində PUBG komandası təhqiramiz şərhlərə görə rəqibini məhkəməyə verib

Yazanın adı Nigar Məmmədova

Çinin PUBG səhnəsində keçirilən PCL finalları zamanı “17Gaming” və “PeRo” komandaları arasında ciddi münaqişə yaranıb. Əvvəlcə qarşılıqlı “çiterlik” (hiyləgərlik) ittihamları və toksik bəyanatlarla başlayan gərginlik, artıq hüquqi müstəviyə keçib. “17Gaming” təşkilatı “PeRo”nun menecerinə qarşı rəsmi vəkil iddiası qaldırıb.

İddiaya görə, “PeRo” meneceri “Weibo” sosial şəbəkəsində saxta hesabdan istifadə edərək “17Gaming” təşkilatının qadın nümayəndəsinin ünvanına təhqiramiz və nalayiq şərhlər yazıb. Məhkəmə sənədlərində qeyd olunan konkret vulqar ifadələrin həm həmin xanımın, həm də bütövlükdə təşkilatın nüfuzuna ciddi xələl gətirdiyi bildirilir.

17Gaming

Sosial şəbəkə istifadəçisi “pattrick_36” vəkil məktubunun skrinşotlarını və münaqişəyə dair digər materialları ictimaiyyətə təqdim edib. Hazırda Çin kiberidman ictimaiyyəti bu görünməmiş məhkəmə çəkişməsinin nəticəsini gözləyir.

So TLDR – during the PCL finals, there's been a fan drama between 17Gaming and PeRo over accusations of cheating and inappropriate remarks.

We're now at a point where 17Gaming is SUING PeRo's team manager for allegedly using his alt account to post vulgar remarks towards 17.… pic.twitter.com/fhoxwOJeWH

— Patryk (@pattrick_36) May 12, 2026
May 13, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
The MongolZ
CS2

“PGL Astana 2026”: Dördüncü turun növbəti oyunları dramatik anlarla yadda qaldı

Yazanın adı Nigar Məmmədova

CS2 üzrə “PGL Astana 2026” turnirində daha iki qarşılaşma başa çatıb. Komandaların pley-offa yüksəlmək və ya yarışda qalmaq uğrunda apardıqları mübarizə azarkeşlərə gərgin anlar yaşadıb.

Monte turnirdə qaldı, The Huns vidalaşdı

1:2 səbətində Ukraynanın “Monte” komandası Monqolustan təmsilçisi “The Huns” ilə üz-üzə gəlib. Qalibi müəyyən etmək üçün hər üç xəritəyə ehtiyac yaranıb:

  • Nuke: “Monte” bu xəritədə mütləq hakimiyyət quraraq rəqibini 13:2 hesabı ilə darmadağın edib. Oyunun taleyi hələ ilk hissədə (10:2) həll olunub.
  • Dust2: “The Huns” geri dönərək “Monte”ni 13:10 hesabı ilə məğlub edib. Maraqlıdır ki, məğlubiyyətə baxmayaraq, fərdi göstəricilərə görə xəritənin ən yaxşısı 1.74 reytinqlə “Monte”nin üzvü Aurimas “Bymas” Pipiras olub.
  • Mirage: Həlledici xəritədə əsas vaxt heç-heçə bitsə də, “overtime”larda üstünlüyü ələ alan “Monte” ardıcıl dörd raund qazanaraq 16:12 hesabı ilə qələbə çalıb.

Bu nəticə ilə “Monte” 2:2 səbətinə yüksəlib, “The Huns” isə turnirlə vidalaşıb.

Falcons pley-off vəsiqəsini təmin etdi

2:1 səbətində “The MongolZ” və “Falcons” (“Qırğılar”) qarşılaşması baş tutub. Oyun “Falcons”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb:

  • Dust2: “Falcons”un seçimi olan bu xəritədə onlar 13:8 hesabı ilə qalib gəliblər.
  • Inferno: “The MongolZ” öz seçimlərində hesabı bərabərləşdirə biliblər (13:11).
  • Mirage: Həlledici döyüşdə “Falcons” daha dözümlü çıxaraq əlavə vaxtda rəqibini 16:12 hesabı ilə üstələyib.

Bununla da “Falcons” pley-off mərhələsinə adlayıb, Monqolustan təmsilçisi isə 2:2 səbətinə düşüb.

Turnir haqqında məlumat: “PGL Astana 2026” turniri 9-17 may tarixlərində Qazaxıstanın paytaxtındakı “Barys Arena”da keçirilir. 16 komandanın iştirak etdiyi yarışın ümumi mükafat fondu 1,600,000$ təşkil edir. Məbləğin 800,000 dolları oyunçulara, digər 800,000 dolları isə klublara paylanılacaq.

May 12, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • “PS Store”da oyunlar üçün ödənişləri birbaşa kontroller vasitəsilə smartfonla etmək mümkün olacaq
  • “Marvel’s Wolverine” ilk üç gündə böyük uğur qazandı: Təxminən 2 milyon nüsxə satılıb
  • “RLCS 2026 World Championship” “Rocket League” tarixində mütləq baxış rekordunu qırdı
  • “PGL Wallachia Season 9”: Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi
  • “IESF World Esports Championship 2026” İndoneziyada keçiriləcək: Tarixlər və intizamlar bəlli oldu

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • “PS Store”da oyunlar üçün ödənişləri birbaşa kontroller vasitəsilə smartfonla etmək mümkün olacaq
  • “Marvel’s Wolverine” ilk üç gündə böyük uğur qazandı: Təxminən 2 milyon nüsxə satılıb
  • “RLCS 2026 World Championship” “Rocket League” tarixində mütləq baxış rekordunu qırdı
  • “PGL Wallachia Season 9”: Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi
  • “IESF World Esports Championship 2026” İndoneziyada keçiriləcək: Tarixlər və intizamlar bəlli oldu

Kateqoriyalar

  • Facebook
  • Rss

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ