az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ
Dota 2 — Taiga
Dota 2

ESIC “Dota 2” oyunçusu “Taiga”nı ömürlük diskvalifikasiya etdi

Yazanın adı Nigar Məmmədova

Kiberidmanda Dürüstlük Komissiyası (ESIC) peşəkar “Dota 2” oyunçusu Tommi “Taiga” Le barəsində apardığı araşdırmanı yekunlaşdıraraq onun kiberidmandan ömürlük kənarlaşdırılması barədə qəti qərarını açıqlayıb. Oyunçu proses boyu komissiya ilə əməkdaşlıqdan imtina edib.

Araşdırma nəticəsində məlum olub ki, “Taiga” ESIC-in Davranış Məcəlləsini dəfələrlə pozub. İstintaq oyunçunun aşağıdakı əməlləri törətdiyini sübuta yetirib:

  • Mərc oyunlarında və ya danışılmış matçlarda şübhəli bilinən şəxslərlə mütəmadi ünsiyyətdə olub;
  • Peşəkar qarşılaşmalarla bağlı mərc müzakirələrində və bu sahəyə aid maliyyə əməliyyatlarında iştirak edib;
  • Mərc məqsədilə insayder məlumatlarını (ictimaiyyətə açıqlanmayan daxili məlumatlar) sızdırıb və ya onlardan istifadə edib;
  • Mərcdən qazanc əldə etmək üçün oyunun müəyyən epizodlarını qabaqcadan planlaşdırıb (spot-fixing);
  • Bu qeyri-qanuni fəaliyyətlərdən maliyyə mənfəəti əldə edib;
  • Ona gələn şübhəli təkliflər barədə müvafiq qurumlara məlumat verməyib və ESIC-in araşdırmasına kömək etməyib.

Bu faktlara əsaslanaraq, ESIC “Taiga”nın həm Antikorrupsiya Məcəlləsini, həm də Davranış Məcəlləsini kobud şəkildə pozduğu qənaətinə gəlib.

Pozuntuların ağırlığını və oyunçunun istintaqla əməkdaşlıq etməməsini nəzərə alan komissiya, ona ömürlük diskvalifikasiya cəzası verib. Tommi Le-yə ESIC üzvü olan turnir operatorlarının keçirdiyi heç bir yarışda iştirak etməyə icazə verilməyəcək. Qərar elan edildiyi andan qüvvəyə minir.

Bu qərar Antikorrupsiya Məcəlləsinin (ACC) 4.6.7-ci maddəsinə uyğun olaraq, mövcud sübutların günahın sübuta yetirilməsi üçün kifayət qədər olması əsasında qəbul edilib.

Aprel 24, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
EMEA Stage 1
Valorant

Beş komanda artıq pley-offdadır: VCT 2026 EMEA Stage 1-də son vəziyyət

Yazanın adı Nigar Məmmədova

“VCT 2026: EMEA Stage 1” turnirinin qrup mərhələsində dördüncü həftənin oyunları davam edir. Hazırda Londonda keçiriləcək “Masters” turnirinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq pley-off iştirakçılarından beşi artıq bəllidir.

A Qrupu: Liderlər və NAVI-nin çətin sınağı

Bu qrupda FUT Esports və Team Liquid ilk üçlükdəki yerlərini qarantiləyiblər. Bu nəticə onlara pley-offun yuxarı səbətinin (upper bracket) ilk mərhələsindən başlamaq şansı verir. Lakin hər iki kollektiv qrupu lider kimi bitirib birbaşa yuxarı səbətin yarımfinalına yüksəlmək uğrunda mübarizəni davam etdirir.

Gentle Mates komandası da pley-offdakı yerini təmin edib. Hazırda onlar ən azı ilk dördlükdə qərarlaşacaqlar ki, bu da mübarizəyə aşağı səbətdən (lower bracket) start vermək deməkdir.

NAVI üçün isə vəziyyət kifayət qədər gərgindir. Dörd oyundan cəmi bir qələbə qazanan komanda pley-offa vəsiqə üçün son turda mütləq Karmine Corp-u məğlub etməlidir. Eyni zamanda, son vəsiqə uğrunda vuruşan Heretics və KC-nin digər matçlardakı nəticələri də NAVI-nin taleyinə təsir edəcək.

Beş komanda artıq pley-offdadır: VCT 2026 EMEA Stage 1-də son vəziyyət

B Qrupu: İlk “vida” və qalan şanslar

B qrupunda hələlik yalnız iki komanda pley-off biletini əldə edib. Fnatic ilk dördlükdəki yerini qarantiləyərək ən azı aşağı səbətdən mübarizəyə qoşulacaq. Eternal Fire isə mütləq şəkildə ilk üçlükdə yer alacağı üçün pley-offa yuxarı səbətdən start verəcəyini dəqiqləşdirib.

Bu qrupun ən məyusedici xəbəri PCIFIC Esports-dan gəldi. Onlar pley-off şanslarını riyazi olaraq tamamilə itirən ilk komanda oldular. Qalan yerlər üçün isə GIANTX, Team Vitality və BBL Esports arasındakı rəqabət bütün sürəti ilə davam edir.

Beş komanda artıq pley-offdadır: VCT 2026 EMEA Stage 1-də son vəziyyət
Aprel 24, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
CS2-də qrafik
CS2

CS2-də 23 aprel yenilənməsi: Animasiya və mübadilə limitində dəyişiklik

Yazanın adı Nigar Məmmədova

“Counter-Strike 2” üçün oyun daxili texniki məqamların həllinə yönəlmiş kiçik bir yenilənmə yayımlandı. Valve bu dəfə yeni məzmun təqdim etməsə də, oyunçuların dar səthlərdəki hərəkət mexanikasını təkmilləşdirib, silah animasiyalarını yeniləyib və personajların vizual görünüşündəki bəzi xətaları aradan qaldırıb. Həmçinin, əşya mübadiləsi ilə məşğul olan istifadəçilər üçün limitlərdə mühüm dəyişiklik edilib.

[ GEYMPLEY ]

  • Personajın çox dar çıxıntılar üzərində dayana bildiyi yerlərdə səthlərin hamarlanması (surface smoothing) tənzimlənib.

[ ANIMGRAPH 2 ]

  • “Viewmodel” (oyunçunun gördüyü silah modeli) animasiyalarında xırda düzəlişlər aparılıb.

[ DİGƏR ]

  • Personaj modellərindəki bəzi yanlış tekstura təyinatları aradan qaldırılıb.
  • “Counter-Strike 2” əşyalarını ehtiva edən mübadilə təklifləri (trade-offers) üçün əşya limiti 100-dən 1000-ə qaldırılıb.
Aprel 24, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Rocket League
Rocket League

Gələn həftə “Rocket League”də anti-çit sistemi işə düşəcək

Yazanın adı Nigar Məmmədova

Epic Games və Psyonix aprelin 28-dən etibarən Rocket League oyununa Easy Anti-Cheat proqram təminatının əlavə ediləcəyini elan edib. Bu barədə məlumat layihənin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

“DİQQƏT: Easy Anti-Cheat aprelin 28-dən etibarən Rocket League üçün aktivləşdiriləcək. Daha ətraflı məlumat gələn həftə veriləcək!”

Hazırda Easy Anti-Cheat sistemi Sea of Thieves, Elden Ring, Squad, Fortnite və bir çox digər populyar oyunlarda uğurla istifadə olunur.

Lakin bu anons oyunçular tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş narazılığa səbəb olub. Bir çox istifadəçi narahatdır ki, yeni təhlükəsizlik sisteminin tətbiqi oyuna ətraflı statistika, xüsusi səs effektləri və məşq alətləri əlavə edən populyar modların fəaliyyətinə son qoya bilər. Geymerlərin fikrincə, bu cür məhdudiyyətlər oyun təcrübəsinə və fərdiləşdirmə imkanlarına mənfi təsir göstərəcək.

Aprel 24, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
BLAST Premier 2028
Kibersport xəbərləri

BLAST mükafat fondu nəzərə alınmadan bir turnirin təşkilinə bir neçə milyon dollar xərcləyir

Yazanın adı Nigar Məmmədova

BLAST-ın icraçı prodüseri Sebastian “Kuno” Qreidholt strimer Maurice “KheZu” Qutmanna müsahibə verib. O, kiberidman turnirlərinin, xüsusən də Dota 2 kimi oyunlarda təşkilatçılığın nə qədər baha və mürəkkəb olduğundan danışıb.

Qreidholtun sözlərinə görə, iri beynəlxalq turnirlər ümumilikdə “bir neçə milyon” dollara başa gələ bilər. O qeyd edib ki, mükafat fondu 1 milyon dollar olsa da, tədbirin özünün təşkili daha baha olur. Bu xərclərə yol xərcləri, məkan icarəsi, texniki avadanlıqlar və işçi heyəti daxildir.

Kiçik studiya turnirinin hazırlanması təxminən iki ay tam iş vaxtı tələb edir, iri arenalarda keçirilən tədbirlər isə üç-dörd ay və ya daha çox vaxt apara bilər. Hər bir tədbirin pərdəarxasında canlı yayım zamanı prosesi idarə edən 20-30 nəfərlik böyük komanda fəaliyyət göstərir.

“Kuno” qeyd edib ki, “BLAST Slam” seriyasının qarışıq formata (yalnız həlledici hissənin LAN mühitində keçirilməsi) keçirilməsi təşkilati xərcləri əhəmiyyətli dərəcədə azaldıb. Sinqapur və Çendu (Çin) kimi şəhərlərdə keçirilən əvvəlki tədbirlər logistikanın nə qədər baha başa gəldiyini göstərib.

Lakin bəzi əlavə xərclər də mövcuddur. Ümumi tədbirin daha uzun çəkməsi və oyunların sayının çox olması yayım vaxtının artması, prodakşn tələblərinin çoxalması və daha çox personalın (şərhçilər və “observer”lər — oyun daxili kameranı idarə edənlər — daxil olmaqla) cəlb edilməsi deməkdir. BLAST yüksək keyfiyyətli istehsala diqqət yetirdiyi üçün bu, ümumi prodakşn xərclərini artırır.

Qreidholt bildirib ki, BLAST-ın xüsusi kommersiya şöbəsi var və onun əsas vəzifəsi sponsorluq və tərəfdaşlıqları təmin etməkdir. Bu komanda hər iki tərəf üçün faydalı ola biləcek brendləri, şəhərləri və digər tərəfdaşları fəal şəkildə axtarır. Turnir operatoru sponsorlara izləyici sayı, unikal izləyicilərin miqdarı və yayımda qalma müddəti kimi rəqəmləri təqdim edir. Bu məlumatlar sponsorların qarşılığında nə əldə edəcəklərini görmələri üçün vacibdir.

O, xüsusilə vurğulayıb ki, Dota 2-də izləyici kütləsinin saxlanılma səviyyəsi çox yüksəkdir, yəni azarkeşlər digər oyunlarla müqayisədə tədbirləri daha uzun müddət izləyirlər. Bu, oyunu sponsorlar üçün cəlbedici edir.

BLAST “titul sponsoru” formatından imtina edib və indi hər biri öz sahəsinə cavabdeh olan bir çox fərqli sponsorla əməkdaşlıq edir.

Aprel 24, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Steam Controller
Oyun Xəbərləri

Valve yeni Steam Controller təqdim etməyə hazırlaşır: Gizli video sızdı

Yazanın adı Nigar Məmmədova

Belə görünür ki, Valve şirkəti yeni “Steam Controller” cihazını satışa çıxarmağa tam hazırdır. İstifadəçilər şirkətin rəsmi bazasına “Steam Controller unboxing” (qutunun açılışı) adlı video yüklədiyini fərq ediblər. Lakin video hazırda “gizli” (private) statusda olduğu üçün onu izləmək mümkün deyil.

Sözügedən video SteamDB portalı vasitəsilə aşkar edilib. Videonu oxutmağa cəhd etdikdə, çarxın hələ yayım üçün emal edilmədiyi barədə bildiriş çıxır.

Tanınmış insayder Brad Lynch-in fikrincə, bu addım cihazın rəsmi təqdimatının çox yaxında baş tutacağından xəbər verir. O, daha əvvəl şirkətin idxal sənədlərində “fərdi kompüterlər (PC) üçün simsiz kontroller” qeydinə rast gəlindiyini də diqqətə çatdırmışdı. Bütün bu faktlar bir araya gəldikdə, relizin artıq “qapıda” olduğu bəlli olur.

Hələlik nə kontrollerin, nə də yeni “Steam Machine” konsolunun qiyməti rəsmən açıqlanmayıb, lakin yaxın günlərdə qiymət siyasəti barədə məlumatların sızacağı gözlənilir.

Yayılan video həm də bir maraqlı məqamı gücləndirir: Valve “Steam Controller”i konsoldan asılı olmayaraq, ayrıca bir məhsul kimi bazara çıxara bilər. “Steam Machine” sisteminin özünün relizi ilə bağlı hələlik ciddi bir əlamət yoxdur. Bunun əsas səbəbi kimi qlobal komplektləşdirici hissələr bazarındakı mürəkkəb vəziyyət göstərilir.

Kontrollerin ayrıca satışa çıxarılması, hətta onun əsas cihazdan daha əvvəl istifadəçilərə təqdim edilməsi PC oyunçuları üçün kifayət qədər müsbət və maraqlı yenilik hesab olunur.

Aprel 23, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Solary
LoL

Solary “EMEA Masters 2026 Winter” turnirinin qalibi oldu

Yazanın adı Nigar Məmmədova

Aprelin 21-də League of Legends üzrə nüfuzlu EMEA Masters 2026 Winter turnirinə yekun vurulub. Böyük finalda Solary və Galions kollektivləri üz-üzə gəliblər.

Çempionluq uğrunda mübarizə kifayət qədər bir tərəfli keçib. “Solary” rəqibinə heç bir şans tanımayaraq 3:0 hesabı ilə inamlı qələbə qazanıb və yarışın çempionu adını qazanıb.

Esports World Cup yolunda mühüm addım

Finala yüksəlmək hər iki komanda üçün həm də Esports World Cup (EWC) 2026-nın Avropa seçmə mərhələsinə vəsiqə demək idi. Bu seçmə mərhələdə Regional Liqaların (ERL) ən yaxşıları ilə yanaşı, LEC-in (League of Legends EMEA Championship) bütün 10 komandası da iştirak edəcək.

Püşkatmanın nəticələrinə əsasən, “Solary” seçmə mərhələdəki ilk oyununu Team Vitality-yə qarşı keçirəcək. “Galions” kollektivinin ilk rəqibi isə Natus Vincere (NAVI) olacaq.

Solary

Turnir detalları

  • EMEA Masters 2026 Winter: 9 mart – 21 aprel tarixlərində onlayn formatda keçirilib.
  • EWC EMEA Qualifier: 28 aprel – 15 may tarixlərində onlayn baş tutacaq. Bu seçmə mərhələdə ilk iki yeri tutan komandalar Səudiyyə Ərəbistanında keçiriləcək “Esports World Cup 2026″da iştirak hüququ qazanacaqlar.

Aprel 23, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Lord of Hatred
Oyun Xəbərləri

Blizzard-dan qeyri-adi addım: “Diablo IV” strimerlərinə dəfn urnası hədiyyə edildi

Yazanın adı Nigar Məmmədova

“Blizzard” şirkəti “Diablo IV” üçün gözlənilən “Lord of Hatred” əlavəsinin (DLC) çıxışı ərəfəsində kontent yaradıcılarına eksklüziv hədiyyə dəstləri göndərməyə başlayıb. Məşhur strimer DatModz keçirdiyi canlı yayım zamanı bu maraqlı paketin içindəkiləri izləyicilərinə nümayiş etdirib.

Tərtibatçılar hədiyyə seçimində kifayət qədər yaradıcı və oyunun atmosferinə uyğun yanaşma sərgiləyiblər. Belə ki, göndərilən bağlamada ən çox diqqət çəkən əşya üzərində strimerin istifadəçi adının (nickname) həkk olunduğu xüsusi dəfn urnası olub.

Hədiyyə dəstinin içindəkilər:

  • Strimerın niki qeyd olunmuş dəfn urnası;
  • Şüşə qabda qurudulmuş qızılgül və üzərində “Qan açardır” (Blood is the key) yazısı;
  • Strimerın personajının ölüm anını əks etdirən animasiyalı açıqca;
  • Əlavənin maksimum (Ultimate) versiyası üçün rəqəmsal kod;
  • Aprelin 23-də tərtibatçıların iştirakı ilə keçiriləcək canlı yayımı izləmək üçün dəvətnamə.
Lord of Hatred

“Diablo IV” üçün “Lord of Hatred” əlavəsi rəsmən aprelin 28-də işıq üzü görəcək. Bu böyük yenilənmə oyuna iki yeni personaj sinfi əlavə etməklə yanaşı, geympley və ümumi məzmun tərəfində də ciddi dəyişikliklər gətirəcək.

Aprel 23, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
PGL Wallachia Season 8
Dota 2

PGL Wallachia Season 8-in pley-off iştirakçıları müəyyənləşdi

Yazanın adı Nigar Məmmədova

Aprelin 22-də Dota 2 üzrə keçirilən “PGL Wallachia Season 8” turnirinin qrup mərhələsinə yekun vurulub. Beş günlük gərgin mübarizənin nəticəsi olaraq pley-off mərhələsində yarışacaq səkkiz komandanın adı bəlli olub. Digər kollektivlər üçün isə çempionat burada başa çatıb.

Pley-offa heç bir məğlubiyyət almadan (3-0) yüksələn komandalar BetBoom Team və Aurora Gaming olub. Qrup mərhələsini cəmi bir məğlubiyyətlə (3-1) tamamlayan PARIVISION, Team Liquid və Team Falcons da növbəti mərhələyə vəsiqə qazanıblar. Heyətlərini 3-2 statistikası ilə tamamlayan South America Rejects, Team Spirit və HEROIC kollektivləri də mübarizəni davam etdirəcək səkkizliyə daxil ola biliblər.

Turnirlə vidalaşan komandaların siyahısı isə belədir: GamerLegion, Xtreme Gaming, MOUZ, Vici Gaming, Virtus.pro, Natus Vincere, Team Yandex və Tundra Esports.

Çempionatın pley-off oyunları aprelin 23-də start götürəcək.

“PGL Wallachia Season 8” turniri 18-26 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilir. Yarışın ümumi mükafat fondu 1 milyon dollar təşkil edir.

PGL Wallachia Season 8 pley-off iştirakçıları bəllidir
Aprel 23, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Roblox
Oyun Xəbərləri

Roblox Nevada ştatı ilə uşaq təhlükəsizliyi üçün 12,5 milyon dollarlıq müqavilə imzaladı

Yazanın adı Nigar Məmmədova

Məşhur oyun platforması Roblox, Nevada ştatı ilə uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi məqsədilə 12,5 milyon dollar ödəyəcəyinə dair razılığa gəlib. Nevada Baş prokuroru Aaron Ford bildirib ki, bu müqavilə digər onlayn platformalar üçün “qızıl standart” və mühüm bir nümunə olmalıdır.

Məbləğin bölüşdürülməsi və görüləcək tədbirlər kiberidman və texnologiya dünyasında böyük maraqla qarşılanıb.

Maliyyə vəsaitlərinin bölgüsü

MəbləğTəyinatı
10 milyon $Növbəti 3 il ərzində “Boys & Girls Club” kimi gənclər təşkilatlarına (uşaqların ekrana baxma müddətini azaltmaq üçün).
1,5 milyon $Hüquq-mühafizə orqanları ilə birbaşa əlaqə saxlayacaq xüsusi nümayəndənin maliyyələşməsinə.
1 milyon $Onlayn təhlükəsizlik haqqında maarifləndirmə kampaniyalarına.

Tətbiq olunacaq sərt qaydalar

Bu müqavilə çərçivəsində Roblox platformasında uşaqları qorumaq üçün bir sıra inqilabi dəyişikliklər ediləcək:

  • Yaşın Təsdiqlənməsi: Hər bir istifadəçi üz tanıma texnologiyası və ya dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə yaşını rəsmən təsdiqləməlidir.
  • Yetkin-Uşaq Ünsiyyətinə Məhdudiyyət: Böyüklər 16 yaşından kiçik uşaqlarla, yalnız həmin uşağın “etibarlı dostu” siyahısında olduqda çat yaza biləcəklər. Birini bu siyahıya əlavə etmək üçün isə həmin şəxsin real həyatda tanındığına dair sübut tələb olunacaq.
  • Şifrələmənin Ləğvi: Uşaqlara qarşı törədilən cinayətlərin araşdırılmasını asanlaşdırmaq üçün yetkinlik yaşına çatmayanların mesajları uçdan-uca şifrələnməyəcək (end-to-end encryption). Beləliklə, polis ehtiyac olduqda bu mesajlara çıxış əldə edə biləcək.
  • Bildiriş Məhdudiyyətləri: 13 yaşından kiçik uşaqlar tətbiqdən kənar heç bir bildiriş almayacaqlar. 13-18 yaş arası yeniyetmələr isə gecə saatlarında bildirişlərdən azad ediləcəklər.

Qeyd: Bu addım rəqəmsal dünyada uşaqların qorunması istiqamətində atılmış ən böyük maliyyə və hüquqi addımlardan biri hesab olunur. Oyun nəhənginin Nevada ilə razılaşması, digər ştatların və ölkələrin də bənzər tələblər irəli sürməsinə yol aça bilər.

Aprel 23, 2026 0 comments
FacebookTwitterPinterestCopy Link
Yeni Paylaşımlar
Əvvəlki paylaşımlar

Son ismarıclar

  • “PS Store”da oyunlar üçün ödənişləri birbaşa kontroller vasitəsilə smartfonla etmək mümkün olacaq
  • “Marvel’s Wolverine” ilk üç gündə böyük uğur qazandı: Təxminən 2 milyon nüsxə satılıb
  • “RLCS 2026 World Championship” “Rocket League” tarixində mütləq baxış rekordunu qırdı
  • “PGL Wallachia Season 9”: Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi
  • “IESF World Esports Championship 2026” İndoneziyada keçiriləcək: Tarixlər və intizamlar bəlli oldu

Son şərhlər

No comments to show.

Son xəbərlər

  • “PS Store”da oyunlar üçün ödənişləri birbaşa kontroller vasitəsilə smartfonla etmək mümkün olacaq
  • “Marvel’s Wolverine” ilk üç gündə böyük uğur qazandı: Təxminən 2 milyon nüsxə satılıb
  • “RLCS 2026 World Championship” “Rocket League” tarixində mütləq baxış rekordunu qırdı
  • “PGL Wallachia Season 9”: Qrup mərhələsi başa çatdı və pley-off toru müəyyənləşdi
  • “IESF World Esports Championship 2026” İndoneziyada keçiriləcək: Tarixlər və intizamlar bəlli oldu

Kateqoriyalar

  • Facebook
  • Rss

© az-esports.com 2026. Bütün hüquqlar qorunur. Bu saytın məzmunu müəllif hüquqları ilə qorunur. Məzmunun tam və ya qismən surətinin çıxarılması, yayılması və ya istifadə edilməsi yalnız az-esports.com-un yazılı icazəsi ilə mümkündür.

az-esports
  • Kibersport xəbərləri
  • Oyun Xəbərləri
  • CS2
  • Dota 2
  • PUBG
  • Valorant
  • LoL
  • Komandaların profilləri
  • MATÇ MƏRKƏZİ